Balıqçılıq və akvakultura sahəsində festivallar və yarmarkalar təşkil olundu
Cəmiyyət
19.12.2025 11:57
“2025-ci il ərzində balıqçılıq və akvakultura sahəsində istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulması, yerli məhsulların təşviqi və bazar imkanlarının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 12 sentyabr 2025-ci il tarixində Keşlə balıq bazarında balıq yarmarkası keçirilib və tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi tərəfdaş qismində iştirak edib. Yarmarka istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasına, balıq məhsullarının istehlakının təşviqinə xidmət edib.
Ceyhun Əliyev bildirib ki, bundan əlavə, 4 dekabr 2025-ci il tarixində Neftçala Bayraq Meydanında keçirilmiş 9-cu Aqrar Biznes Festivalı və “Balıq” mövzusunda tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi rəsmi tərəfdaş kimi təmsil olunub. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Direktor qeyd edib ki, 2025-ci il ərzində keçirilmiş bu tədbirlər Balıqçılıq və Akvakultura Mərkəzinin sahə üzrə institusional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, məlumatlılığın artırılmasına, eləcə də balıqçılıq və akvakultura sektorunun dayanıqlı inkişafına töhfə verib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə də balıqçılıq və akvakultura sahəsində planlı, elmi əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə fəaliyyətlər sistemli şəkildə davam etdiriləcək.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
