Balakəndə qəbiristanlığı su basdı - FOTO
Balakəndə qəbiristanlıq suyun altında qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkələrdə fotolar paylaşıblar.
Belə ki, intensiv yağıntılar nəticəsində Katex çayı yatağından çıxaraq ətraf əraziləri və kənd məzarlığını ağuşuna alıb.
Güclü sel dalğaları məzarlığın torpaq qatını sürətlə yuyaraq qəbirləri aşındırır.
Jalə Rövşən