Azər Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

Azər Məmmədov Şabranda vətəndaşları qəbul edəcək
01.07.2025 09:32 Cəmiyyət

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edəcək.

TodayPress TV “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

İstehsal Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər