Avtomobillərdən gələn təhlükə: Qara tüstü!

Avtomobillərdən gələn təhlükə: Qara tüstü!
23.10.2025 14:56 Cəmiyyət

Şəhər küçələrində tez-tez qara tüstü buraxan avtobus və avtomobillərə rast gəlmək olur. Bu hal həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi zərər vurur.

Ekoloq Sevil Yüzbaşova mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, mühərrikdə yanacağın tam yanmaması nəticəsində əmələ gələn qara tüstü həm avtomobilin texniki nasazlığından, həm də aşağı keyfiyyətli yanacaqdan qaynaqlanır:

"Bu hadisə əsasən köhnə avtomobillərin nasaz mühərriklərində müşahidə olunur. Sadə dildə desək, mühərrik işləyərkən bütün yanacaq tam yanmır. Bu, nasaz karbürator, tıxanmış hava filtri və ya yanacağın keyfiyyətsiz olması ilə əlaqədar ola bilər. Aşağı keyfiyyətli yanacaqdan istifadə natamam yanmaya və his əmələ gəlməsinə gətirib çıxarır. Bu isə təkcə avtomobilin deyil, ətraf mühitin də çirklənməsinə səbəb olur. Yanacağın yanlış saxlanma və ya daşınma şəraiti, həmçinin kir və su ilə çirklənməsi də bu vəziyyəti yaradır. Əgər avtomobildən qara tüstü çıxırsa, bu, avtomobildə potensial problemlərin olduğuna işarədir".

Eskpert əlavə edib ki, nəqliyyat vasitələri atmosfer çirklənməsinin əsas mənbələrindəndir. Onların havaya buraxdığı qazlar smoq adlanan zərərli duman təbəqəsinin yaranmasına səbəb olur.

"Smoq havanın tüstü, his və duman qarışığı ilə çirklənməsidir. Başqa sözlə, havanın Yer səthinə yaxın qatının tüstü və hislə dolması nəticəsində yaranan dumanlı təbəqədir. Bu çirklənmə, əsasən böyük şəhərlərdə və sənaye rayonlarında, kimya müəssisələri, avtomobillər və digər mənbələrdən çıxan qazların təsiri nəticəsində meydana gəlir və sakit, az küləkli havalarda uzun müddət qalır.  Sənaye müəssisələrindən (xüsusilə kimya və metallurgiya sahələrindən) və nəqliyyatdan çıxan qazlar və tüstülər, günəş şüalarının təsiri altında kimyəvi reaksiyaya girərək smoq əmələ gətirirlər".

Ekoloqun fikrincə, avtomobillərdən çıxan qara tüstü tərkibindəki his, karbon monoksit (CO) və azot oksidləri (NOx) səbəbindən tənəffüs yollarına ciddi zərər vurur. Bu, xüsusən astma və xroniki bronxit xəstələri üçün təhlükəlidir.

O qeyd edib ki, bu emissiyalar təkcə insan sağlamlığına deyil, həm də iqlimə mənfi təsir göstərir:

"Onların qarşısını almaq üçün filtrin vaxtında dəyişdirilməsi, yüksək keyfiyyətli yanacaqdan istifadə və mühərrik sistemlərinin müntəzəm yoxlanılması vacibdir".

Sevil Yüzbaşova xəbərdarlıq edib ki, qara tüstü həm avtomobilin texniki vəziyyətinin pisləşməsi, həm də yanacaq sərfiyyatının artması deməkdir. Buna görə də belə hallar dərhal diaqnostika və təmir tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Avtomobillərdən gələn təhlükə: Qara tüstü! — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQİƏ: ABŞ və İsrail ordusu döyüşə hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Bütün Xəbərlər