ABŞ-Tayvan silah müqaviləsi: Çinin cavabı nə olacaq?

ABŞ-Tayvan silah müqaviləsi: Çinin cavabı nə olacaq?
07.02.2026 19:45 Təhlil

ABŞ Tayvanla böyük bir silah müqaviləsi hazırlayır.

Çin hakimiyyəti isə bunun ABŞ Prezidenti Donald Trampın aprel ayında ölkəyə səfərini təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib. 

Bəs Pekin Vaşinqtonun Tayvanla hərbi əməkdaşlığını artırmasına qarşı hansı diplomatik və ya siyasi addımları ata bilər?  

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışarkən bildirib ki, Pekinin cavabı birbaşa hərbi toqquşmadan daha çox diplomatik, siyasi və iqtisadi təzyiq mexanizmləri üzərində qurulacaq. 


Onun sözlərinə görə, ABŞ-nin Tayvanla böyük həcmli silah müqaviləsi hazırlaması Çin-ABŞ münasibətlərində onsuz da mövcud olan gərgin fonu daha da kəskinləşdirir. Pekinin bu addımı Ağ Ev lideri Donald Trampın planlaşdırılan səfəri üçün təhlükə kimi qiymətləndirməsi təsadüfi deyil. 

“Tayvan məsələsi Çin üçün sadəcə xarici siyasət mövzusu deyil, dövlət suverenliyinin və milli təhlükəsizliyin əsas sütunlarından biridir. Vaşinqtonun Tayvanla hərbi əməkdaşlığı genişləndirməsi Pekində qırmızı xətlərin aşılması kimi qəbul olunur”, - deyə analitik qeyd edib. 


Bağırzadənin fikrincə, Çinin mümkün reaksiyası birbaşa hərbi toqquşmadan çox, çoxşaxəli diplomatik və siyasi təzyiq strategiyası üzərində qurulacaq. O bildirib ki, Pekin ABŞ ilə açıq qarşıdurmanın nə regional sabitliyə, nə də Çin iqtisadiyyatının maraqlarına uyğun olduğunu yaxşı anlayır və buna görə də cavab addımları sərt ritorika ilə ölçülü praktik tədbirlərin kombinasiyası şəklində olacaq. 

Siyasi şərhçi qeyd edib ki, ilkin mərhələdə Çin diplomatik kanalları maksimum səviyyədə işə salacaq: 

“ABŞ-nin Pekindəki səfiri Xarici İşlər Nazirliyinə çağırıla, “vahid Çin” prinsipinin pozulması ilə bağlı kəskin etiraz notaları təqdim edilə bilər. Rəsmi bəyanatlarda Vaşinqtonun regionda sabitliyi pozduğu və Tayvanı təhlükəli addımlara təşviq etdiyi vurğulanacaq”.


Analitik hesab edir ki, diplomatik təzyiqlə paralel olaraq Çin hərbi-demonstrativ addımlara da əl ata bilər. Onun sözlərinə görə, Tayvan boğazında genişmiqyaslı hərbi təlimlərin keçirilməsi, Çin Hərbi Dəniz və Hava Qüvvələrinin aktivliyinin artırılması istisna olunmur. Burada məqsəd müharibəyə başlamaq deyil, ABŞ-yə Çinin eskalasiya imkanlarının nə qədər geniş olduğunu göstərməkdir. 

O əlavə edib ki, mühüm rıçaqlardan biri də iqtisadi müstəvidədir: 

“Pekin Tayvana silah satan ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edə və onları Çin bazarından kənarlaşdıra bilər. Bu, rəsmi Vaşinqtondan daha çox ABŞ-nin biznes dairələrinə yönəlmiş mesaj olacaq”. 

Siyasi analitikin sözlərinə görə, Donald Trampın mümkün səfəri Pekin üçün əlavə siyasi alət rolunu oynayır. O qeyd edib ki, Çin səfəri tam ləğv etməkdən daha çox, onu şərtləndirmə taktikasına üstünlük verə bilər. Silah müqaviləsinin dondurulması və ya həcminin azaldılması qarşılığında Trampa yüksək səviyyəli qəbul, iqtisadi razılaşmalar və ticarət güzəştləri təklif oluna bilər. 

“Beynəlxalq müstəvidə də Çin ABŞ-ni regionda gərginliyi artıran tərəf kimi təqdim etməyə çalışacaq. BMT platformaları, ASEAN(Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri və Avropa ilə dialoq vasitəsilə Vaşinqtonun Tayvan siyasətinə qarşı tənqidi mövqelərin gücləndirilməsi hədəflənə bilər”, - deyə Y. Bağırzadə sonda bildirib. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
“Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Все новости