Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı!

Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı!
01.06.2026 13:49 Спорт

“Araz-Naxçıvan” klubu yeni mövsüm üçün heyətin formalaşdırılması istiqamətində növbəti addımı atıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyi Slavik Alxasov və Ömər Buludov ilə yeni müqavilə imzalayıb.

Razılaşmaya əsasən, hər iki futbolçu növbəti mövsümdə də Araz-Naxçıvanın formasını geyinəcək.

Qeyd edək ki, Alxasov və Buludovla bağlanan yeni müqavilələrin müddəti bir il nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV