İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı!

İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı!
01.06.2026 13:27 Спорт

Tanınmış ingiltərəli futbolçu Ceyms Milner peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin son klubu “Brayton” olub. 

Təcrübəli futbolçu karyerası ərzində həmçinin “Liverpul”, “Mançester Siti”, “Nyukasl Yunayted”, “Lids Yunayted”, “Aston Villa” və “Suindon”un formasını geyinib.

Milner Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Onun hesabında 658 Premyer Liqa matçı var.

Veteran futbolçu sosial şəbəkə hesabında paylaşdığı vida mesajında karyerasını yekunlaşdırmaq üçün doğru vaxtın yetişdiyini bildirib:

“Premyer Liqada keçirdiyim 24 mövsümdən sonra oyunçu karyeramı başa vurmağın doğru zaman olduğunu düşünürəm. Təmsil etdiyim bütün klublarda çıxış etmək mənim üçün böyük şərəf olub. Futbol mənə təsəvvür etdiyimdən də çox şey qazandırdı və buna görə hər zaman minnətdar olacağam”.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости