Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı

Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.

Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.

Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Tramp onu Azərbaycana göndərir: ABŞ-nin yeni səfiri kim olacaq? 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Все новости