Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı

Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı
01.06.2026 13:59 Xarici siyasət

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.

Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.

Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 All News