Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi!
Rusiya Prezidenti Vladimir Putin bələdiyyə rəhbərlərinin maliyyə çatışmazlığı şəraitində səlahiyyətlərini yerinə yetirmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunması praktikasının araşdırılmasını tapşırıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı göstəriş aprelin 21-də yerli özünüidarəetmə nümayəndələri ilə keçirilən görüşün yekunlarına əsasən verilib.
Kremlin internet səhifəsində dərc olunan sənədə görə, Rusiya hökuməti Baş Prokurorluq və federal dövlət nəzarəti orqanları ilə birlikdə bələdiyyə başçılarının, yerli icra hakimiyyəti rəhbərlərinin və digər yerli özünüidarəetmə vəzifəlilərinin inzibati məsuliyyətə cəlb olunması təcrübəsini təhlil etməlidir.
Sənəddə qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini yerinə yetirməsi üçün büdcədən vəsait ayrılmadıqda və ya ayrılan vəsait kifayət etmədikdə həmin şəxslərin məsuliyyətə cəlb olunması hallarının minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.
Müvafiq təkliflərin 1 oktyabr tarixinədək təqdim edilməsi nəzərdə tutulur.
Tapşırığın icrasına görə Rusiyanın Baş naziri Mixail Mişustin və Baş prokuror Aleksandr Qutsan məsul təyin olunublar.
Qiymət Mahir