BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi

BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi
01.06.2026 12:08 ПОЛИТИКА

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.

Bu gün dünya təxirəsalınmaz sınaqlarla - müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli tərəfdaşlığa sadiqlik tələb edir.

Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Все новости