İcarə müddəti başa çatan futbolçular klubdan getdi
“Qəbələ” klubu iki futbolçu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qolkiper Rza Cəfərov və fransalı yarımmüdafiəçi Sambu Sissoko icarə müqavilələrinin müddəti başa çatdığı üçün komandadan ayrılıblar.
Klub rəhbərliyi hər iki futbolçuya “Qəbələ”də göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Namiq HUN