“Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi

“Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi
02.06.2026 12:03

“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandasının 2025/2026 mövsümündə niyə bütün neytral azarkeşlərin dəstəyini qazanmadığı barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “championat.com” məlumat yayıb. 

Mütəxəssis ötən mövsümlə müqayisədə münasibətin dəyişməsini normal hesab etdiyini bildirib.

“Hamının bizim ikinci çempionluğumuzu istəməməsi normaldır. Ancaq biz öz azarkeşlərimizə köklənməliyik. Bu il “Krasnodar” stadionunun doluluq faizinə görə Rusiyada bir nömrəli komanda olub. 33 min tamaşaçı tutumuna malik arenaya orta hesabla 29 mindən çox azarkeş gəlib.

Hazırda şəhərdə baş verənləri təsəvvür edə bilməzsiniz. Krasnodar yaxşı mənada futbolla yaşayır. Hamı futbol izləyir, hətta qadınlar və yaşlı insanlar belə. Küçədə gəzərkən çoxlu insan yaxınlaşıb uğurlar arzulayır. Onlar bizə deyirlər ki, nəticədən asılı olmayaraq, biz onlar üçün çempionuq.

Məhz bu dəstək bizə enerji və motivasiya verir. Biz “Zenit”ə qarşı olduqları üçün “Krasnodar”ın çempionluğunu istəyən insanlara görə oynamırıq. Biz öz azarkeşlərimiz və şəhərimiz üçün mübarizə aparırıq. Qələbə qazansaq da, məğlub olsaq da, bu insanlar həmişə bizimlədir və biz bunu çox yüksək qiymətləndiririk”, – deyə Musayev bildirib.

Qeyd edək ki, “Krasnodar” Rusiya Premyer Liqasının başa çatan mövsümünü ikinci pillədə başa vurub. Komanda həmçinin Rusiya Kubokunun superfinalında “Spartak”a məğlub olub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости