Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var

Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var
02.06.2026 13:56

Ümumdünya Boks Şurası (WBC) ağır çəkidə dünya çempionu Oleksandr Usikin növbəti rəqibinin müəyyənləşdiyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Qurumun prezidenti Maurisio Suleyman ukraynalı boksçunun növbəti döyüşünü məğlubedilməz alman Aqit Kabayelə qarşı keçirəcəyini bildirib:

“WBC-nin qərarı çox aydın idi. Biz Usikin könüllü titul müdafiəsi ilə bağlı müraciətini qəbul etdik və həmin döyüş baş tutdu. İndi isə Usik üçün məcburi müdafiə qarşılaşması müvəqqəti çempion Kabayelə qarşı olmalıdır”.

33 yaşlı Aqit Kabayel peşəkar karyerasına 2011-ci ildə başlayıb. Boksçu indiyədək keçirdiyi 27 döyüşün hamısında qələbə qazanıb və bunların 19-nu nokautla başa vurub.

Kabayel karyerası ərzində Derek Çisora, Arslanbek Mahmudov, Frenk Sançez və Çjan Çjilei kimi tanınmış rəqiblər üzərində qələbələr qazanıb.

Namiq HUN

TodayPress TV