Ermənistanda hərbçinin meyiti aşkarlandı
Erməni hərbi qulluqçusu hərbi hissələrin birində ölü tapılıb.
TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o, müddətli hərbi xidmətini 2027-ci ilin yanvarında başa vurmalı idi.
Qurumun məlumatına görə, hadisənin şəraitini aydınlaşdırmaq üçün araşdırma təyin edilib. Digər təfərrüatlar verilmir.