Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir

Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir
02.06.2026 10:37

ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.

TodayPress TV bu barədə Ağ Evin saytına istinadən xəbər verir.

Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.

Hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости