Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu

Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu
05.08.2025 17:24 Elm və Təhsil

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə TodayPress TV-yə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tələbələrdən xahiş olunur ki, 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etsinlər.

Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər