Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi

Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi
29.08.2025 14:03 Mədəniyyət

Azərbaycan mədəniyyət naziri Adil Kərimli Şəmkirdə avqustun 29-da vətəndaşları qəbul edib.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Şəmkir rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri, əsasən, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını diqqətə çatdırıb. Şəhid ailələrinin üzvləri və qazilərin müraciətlərinə xüsusi yanaşılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

FOTOLAR

Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi — 1
Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi — 2
Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi — 3
Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər