Muğamın səsi susdu...

Muğamın səsi susdu...
01.08.2025 12:35 Mədəniyyət

“Bir ordunun deyə bilmədiyini muğam tək başına çatdıra, eyni anda həm güldürüb, həm də ağlada bilər”.

Bu sözlər, Azərbaycanın görkəmli muğam ustası, Xalq artisti Arif Babayevə məxsusdur. Onun səsi, sənəti, nəfəsi ilə dirilən muğam bu gün onsuz qalıb. Klassik Azərbaycan muğam məktəbinin parlaq siması, yüzlərlə gənc xanəndənin yoluna çıraq olan sənətkar artıq aramızda yoxdur.

Bəs sənətə misilsiz töhfələr bəxş etmiş bu böyük şəxsiyyət kim idi?

TodayPress TV xəbər verir ki, Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib. O, Segah, Şur, Arazbarı, Qarabağ şikəstəsi kimi muğamların mahir ifaçısı kimi tanınıb və bu janrların ruhunu öz səsi ilə yaşadıb.

Sənətkar 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib, əvvəlcə Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib, daha sonra Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda baş rollarda çıxış edib. Onun ifaları təkcə musiqi deyil, həm də milli kimliyin poetik və mənəvi təcəssümü idi.

1980-ci illərdən etibarən Arif Babayev pedaqoji fəaliyyətə başlayaraq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında muğamın incəliklərini gənc ifaçılara öyrədib. Bu xidmətlərinə görə “Muğam professoru” fəxri adına layiq görülüb.

Arif Babayev zəngin sənət yolu boyu saysız-hesabsız mükafatlarla təltif olunub. 1989-cu ildə “Xalq artisti” adı, 1998-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “İstiqlal” ordeni, 2018-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılıb. 2025-ci il mayın 8-də isə o, Azərbaycanın ən ali mükafatlarından biri olan “Heydər Əliyev mükafatı”na layiq görülüb.

Sənət yolunda daim mübarizə aparan ustad bir həqiqəti tez-tez dilə gətirirdi. Hər zaman bir tərəfinin yarım qaldığını deyirdi. Lakin bu nisgil uzun çəkmədi. O, doğulub boya-başa çatdığı Sarıhacılıya, ata ocağına qovuşdu. Aradan illər keçdikdən sonra torpağına ayaq basan sənətkarın dilindən səslənən bu sözlər isə duyğuların ən ucası idi:

"Şükür sənə, İlahi... Ölmədim torpağımı gördüm". 

Ağdamına qovuşsa da, səhhətindəki ciddi problemlər onu rahat buraxmadı. İyul ayının sonunda kəskin tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilən Arif Babayev süni nəfəs aparatına qoşuldu. Bütün tibbi müdaxilələrə baxmayaraq, 2025-ci il avqustun 1-də ustad sənətkar əbədiyyətə qovuşdu.

Arif Babayevin vəfatı Azərbaycan mədəniyyəti üçün misilsiz itkidir. Onun ölməz səsi, yaratdığı muğam məktəbi və yetişdirdiyi yüzlərlə sənətkar uzun illər boyu yaşayacaq və gələcək nəsillərə yol göstərəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
03 IYUN 2026
Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bütün Xəbərlər