Vembanyama üçün fantastik müqavilə hazırlanır

Vembanyama üçün fantastik müqavilə hazırlanır
03.06.2026 12:30 İdman

Viktor Vembanyama yeni müqavilə sayəsində rekord məbləğ qazana bilər.

TodayPress TV xəbər verir ki, “San-Antonio Spörs” basketbol klubunun formasını geyinən fransalı mərkəz oyunçusunun yeni müqaviləsinin dəyəri 300 milyon dolları keçə bilər.

Məlumata görə, Vembanyama klubu ilə beş illik maksimum müqavilə imzalayacağı təqdirdə, anlaşmanın dəyəri təxminən 251 milyon dollar olacaq. 

Lakin basketbolçu NBA-da “Derrik Rouz qaydası” kimi tanınan xüsusi şərtləri yerinə yetirərsə, müqavilənin məbləği 301 milyon dollara qədər yüksələcək. Bu qaydaya əsasən, basketbolçu mövsümün simvolik yığmasına iki dəfə seçilməli, iki dəfə Ulduzlar Oyununun start heyətində yer almalı və ya mövsümün ən dəyərli oyunçusu (MVP) seçilməlidir.

Qeyd edək ki, NBA final seriyasının ilk oyununda “Nyu-York Niks” ilə “San- Antonio Spörs” üz-üzə gələcək. Qarşılaşma iyunun 4-də Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər