Taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib

Taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib
05.08.2025 15:29 Kənd Təsərrüfatı

Bu mövsüm Azərbaycanda ümumilikdə 986 min hektar sahədə taxıl əkilib və həmin sahələrin təxminən 60 %-ində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) alimlərinin yaratdığı yerli sortlardan istifadə olunub.

TodayPress TV bu barədə ETİ-nin direktoru Faiq Xudayeva istinadən xəbər verir.

O bildirib ki, taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ilk və ən vacib mərhələ düzgün toxum seçimi ilə bağlıdır:

“Hazırda institut tərəfindən ölkənin müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun, biotik amillərə davamlı və adaptiv xüsusiyyətlərə malik yeni sortların yaradılması istiqamətində seleksiya tədqiqatları aparılır”.

F. Xudayevin sözlərinə görə, aqrar sahə də qloballaşan dünyanın yaratdığı yeni çağırışlarla üz-üzədir: “Buna görə də həm mövcud, həm də gələcək tələblərə cavab verən, daha dayanıqlı və məhsuldar sortların yaradılmasına ehtiyac var. Azərbaycanda əkin sahələrinin əksəriyyəti ya dəmyə, ya da məhdud suvarma şəraitində yerləşir. Belə şəraitdə yüksək məhsuldarlığa nail olmaq üçün müasir texnologiyaların tətbiqi və sürətli seleksiya metodları xüsusi önəm daşıyır”.

O qeyd edib ki, ənənəvi seleksiya üsulları ilə yeni sortun yaradılması təxminən 15 il çəkir və bu, sürətlə dəyişən dövrün tələblərinə cavab vermir: “Bu səbəbdən institut qarşıya məqsəd qoyub ki, klassik metodlardan genetik səviyyədə tədqiqatlara və sürətli seleksiya texnologiyalarına keçid etsin. Hibridləşmə yolu ilə bir ildə 6 nəsil əldə etmək mümkündür və bu yanaşma ilə yeni sortların 5-6 il ərzində yaradılması nəzərdə tutulur”.

ETİ-nin direktoru əlavə edib ki, bu yanaşma həm elmi effektivliyi artıracaq, həm də fermerlər və digər sifarişçilərin artan tələblərinə daha çevik cavab verilməsinə şərait yaradacaq.

XƏBƏR LENTİ
05 IYUN 2026
Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 Bütün Xəbərlər