“Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq!
“Sabah” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Bayquşlar” yeni mövsümün hazırlıqlarına iyunun 17-də start verəcək. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını Avstriyada keçirəcək. Hazırlıq prosesi iyulun 3-dək davam edəcək.
Azərbaycan çempionu hazırlıq çərçivəsində Tirol bölgəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır.
Namiq HUN