Azərbaycanda IT sektoru niyə zəifdir?

Azərbaycanda IT sektoru niyə zəifdir?
22.04.2026 14:37 İKT

Region ölkələri ilə müqayisədə Azərbaycanın IT ixracı hələ də istənilən səviyyəyə çatmayıb və bu sahədə inkişaf tempi nisbətən zəifdir. Son illərdə rəqəmsallaşma istiqamətində müəyyən addımlar atılsa da, ixrac yönümlü texnologiya məhsulları və xidmətlərinin payı məhdud olaraq qalır. 

Bu sahədə ləngimənin səbəbi nədir və inkişafı sürətləndirmək üçün hansı addımlar atılmalıdır?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə TodayPress TV-yə mövzunun aktuallığını vurğulayaraq bildirib ki, mövcud vəziyyət bir neçə sistemli faktorla bağlıdır.


Onun sözlərinə görə, əsas problemlərdən biri ölkədə texnoloji ekosistemin tam formalaşmamasıdır:

"Bu sahədəki ləngimənin əsas səbəblərindən biri texnoloji ekosistemin tam formalaşmamasıdır. Xüsusilə də məhsul yönümlü, product-based yanaşmanın zəif inkişafı, yerli şirkətlərin daha çox xidmət əsaslı, yəni outsourcing modellərə üstünlük verməsi ixrac potensialını məhdudlaşdırır. Beynəlxalq bazarda rəqabət üçün kiber təhlükəsizlik və məlumat qorunması standartları kritik əhəmiyyət daşıyır. Beynəlxalq standartlara uyğun kiber təhlükəsizlik və məlumat qorunması mexanizmlərinin yetərincə inkişaf etməməsi xarici bazarlarda etibarın formalaşmasına mane olur. Qlobal bazarda fəaliyyət göstərmək üçün ISO 27001 kimi standartlara uyğunluq və güclü təhlükəsizlik infrastrukturu artıq seçim deyil, zərurətdir".

Ekspert insan kapitalı probleminə də diqqət çəkib. Onun fikrincə, texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli ixtisaslı kadrların sayı məhduddur:

"Azərbaycanda texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli mühəndislik, məhsul dizaynı, təhlükəsizlik arxitekturası və qlobal bazar təcrübəsi olan kadrların sayı olduqca məhduddur. Bu da innovativ və rəqabətqabiliyyətli məhsulların yaranmasını olduqca ləngidir".

Mütəxəssis vurğulayıb ki, startap ekosisteminin zəifliyi və risk kapitalına çıxışın məhdudluğu da inkişaf tempinə mənfi təsir göstərir:

"Güclü IT ixracı olan ölkələrdə dövlət, özəl sektor və investorlar arasında əməkdaşlıq daha effektiv qurulub. Azərbaycanda isə bu əməkdaşlıq hələ istənilən səviyyədə deyil. İlk növbədə kiber təhlükəsizlik sahəsində milli standartlar gücləndirilməli və şirkətlər beynəlxalq sertifikasiyaya təşviq olunmalıdır. Bu xarici müştərilər üçün etibarlığı artıracaq".

Əmrah Mövsümzadə məhsul yönümlü startapların dəstəklənməsi üçün vergi güzəştlərinin və maliyyə təşviqlərinin artırılmasını təklif edib.

“Xüsusilə SaaS və süni intellekt əsaslı həllərin inkişafı üçün əlavə dəstək mexanizmləri vacibdir. İnsan kapitalının inkişafı da əsas prioritetlərdən biridir. Praktiki yönümlü təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və real layihələr üzərində təlim modelləri genişləndirilməlidir. Xüsusilə kiber təhlükəsizlik, blok texnologiyaları və süni intellekt sahələrində ixtisaslaşma mütləq vacibdir".

Sonda o, dövlət səviyyəsində vahid strategiyanın hazırlanmasının əhəmiyyətini qeyd edib:

"IT Export Strategy kimi konkret yol xəritəsi hazırlanmalı və bu strategiya çərçivəsində hədəf bazarlar, prioritet texnologiyalar və dəstək mexanizmləri aydın şəkildə müəyyən edilməlidir. Azərbaycanın IT ixrac potensialı yüksəkdir, lakin bu potensialın reallaşması üçün sistemli yanaşma və qlobal bazar düşüncəsi həlledici rol oynayır".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Все новости