Lavrov Azərbaycanın 7 rayonunun Rusiya silahları ilə işğal edildiyini bildirdi

Lavrov Azərbaycanın 7 rayonunun Rusiya silahları ilə işğal edildiyini bildirdi
21.05.2025 14:13 Dünya

Ermənistan Azərbaycanın yeddi rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycana silah tədarükü ilə bağlı suala cavabında bildirib. 

Onun sözlərinə görə, Ermənistan müstəqillik qazandıqdan sonra bütün illər ərzində Rusiya silahlarından istifadə edib, o cümlədən iddia etmədiyi 7 rayonu ələ keçirmək üçün. 

"Bizim silahlarımız Afrikada da istifadə olunur. Mozambik bayrağında hətta Kalaşnikov avtomatı var" deyə Lavrov əlavə edib.

(apa.az)

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər