Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ
08.02.2026 12:28 Cəmiyyət

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Fevralın 9-da Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Bütün Xəbərlər