MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirildi

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirildi
03.07.2025 13:07 Hərbi

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub. 

TodayPress TV xəbər verir ki, alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib. 

Daha sonra hərbi təhsil üzrə mütəxəssislərimizin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

FOTOLAR

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirildi — 1
MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirildi — 2
MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirildi — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər