Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirildi

Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirildi
31.05.2025 09:59 Hərbi

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, qoşun növlərinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi orkestrləri arasında “Ən yaxşı hərbi orkestr” adı uğrunda müsabiqə keçirilib. 

TodayPress TV xəbər verir ki, müsabiqənin Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-mədəni dəyərlərinin inkişafını təmin etmək, vətənpərvərlik hissinin, həmçinin yüksək döyüş ruhunun formalaşmasına nail olmaqdır.

FOTOLAR

Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirildi — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər