ABŞ-nin Suriya ilə bağlı gözlənilməz qərarı: Yeni başlanğıc yoxsa…

ABŞ-nin Suriya ilə bağlı gözlənilməz qərarı: Yeni başlanğıc yoxsa…
16.05.2025 13:16 Təhlil

“ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməsinə görə rəsmi Dəməşq Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğana minnətdar olmalıdır”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu addım Suriyanın gələcək taleyi üçün həlledici dönüş nöqtəsi sayıla bilər. Bu, həmçinin Suriyanın bərpası üçün uzun müddətdir ölkənin qarşısında duran ən böyük əngəllərdən birinin aradan qaldırılması anlamına gəlir.

“Sanksiyaların ləğvi Suriyaya xarici sərmayə axını üçün əlverişli mühit yarada bilər. Hazırkı mərhələdə rəsmi Dəməşqə investisiya qoyuluşu olduqca vacibdir. Xarici kapital axını ölkənin iqtisadi inkişaf perspektivlərini genişləndirə və bərpa prosesini sürətləndirə bilər. Qərar Suriyanın dirçəlişi üçün dönüş nöqtəsidir və təbii ki, bu addımın Suriya xalqı tərəfindən sevinclə qarşılanması tamamilə başa düşüləndir”.

Analitik hesab edir ki, bu mühüm qərarın verilməsində təkcə Tramp yox, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın israrlı diplomatik səyləri həlledici rol oynayıb.

“Elə Trampın özü də etiraf etdi ki, bu qərarı verməsində prezident Ərdoğanın dəfələrlə etdiyi xahişlərin və göstərdiyi təşəbbüslərin xüsusi rolu olub. Tramp əvvəllər bu məsələ ilə bağlı tərəddüdlü mövqe sərgiləyirdi, lakin Ərdoğanın qətiyyəti və ikitərəfli münasibətlərdəki yaxınlıq bu qərarın reallaşmasına təkan verdi. Həmçinin hazırkı mərhələdə Suriyanın dirçəlişi təkcə regional deyil, həm də qlobal təhlükəsizlik baxımından da önəmli məsələdir. ABŞ-Türkiyə əməkdaşlığı bu istiqamətdə yeni ümidlər yaradır”.

Ekspertin fikrincə, bu, Suriya üçün sadəcə iqtisadi fürsət deyil, eyni zamanda siyasi sabitlik və beynəlxalq legitimliyin təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır.

Əgər Suriyanın müvəqqəti hökuməti bu tarixi fürsətdən düzgün şəkildə istifadə edə bilsə, ölkənin xilas olunması real bir perspektivə çevrilə bilər. Bu addım Suriyanın beynəlxalq birliklə yenidən münasibətlər qurmasına, sosial vəziyyətin yaxşılaşmasına və daxili sabitliyin bərpasına xidmət edəcək.

Qeyd edək ki, Ağ Ev lideri Donald Trampın açıqlamasına əsasən, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edəcək. 

Töhfə Səməd

FOTOLAR

ABŞ-nin Suriya ilə bağlı gözlənilməz qərarı: Yeni başlanğıc yoxsa… — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Bütün Xəbərlər