Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq

Cinayət məsuliyyəti daşıyacaqsınız - Brakonyerlərə xəbərdarlıq
15.05.2026 22:50 Sosial

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə ölkə ərazisindəki bütün su hövzələrində balıq və digər su bioresurslarının ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bəs, qadağaya əməl etməyənlərə qarşı hansı tədbirlər görüləcək?

TodayPress TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov açıqlamasında bildirib ki, qadağa dövründə bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində qanunamüvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Onun sözlərinə görə, bu məqsədlə balıqçılar arasında profilaktik tədbirlər aparılır və müvafiq söhbətlər edilir: “Mart və aprel aylarında Balıqçılıq və Akvakultura Mərkəzinin, eyni zamanda, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətinin əməkdaşlarının iştirakı ilə daha çox balıqçılar olan ərazilərdə söhbətlər aparılıb, profilaktik tədbirlər görülüb. Mingəçevir və Şəmkir su anbarlarının yaxınlığında, Xəzərin sahilini əhatə edən Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Qaradağ rayonu ərazisində, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbinin yaxınlığındakı ərazilərdə balıqçılarla görüşlər keçirilib. Həmçinin Neftçala, Lənkəran və Astarada da mütəmadi görüşlər təşkil olunub. Görüşlərin məqsədi qadağa müddətində balıqçıları qanunsuz balıq ovuna çıxmamaları barədə məlumatlandırmaqdır. Bu tədbirlərin davamı olaraq respublika, ölkə ərazisində ümumilikdə bütün su anbarlarında, eyni zamanda, Xəzərsahili ərazilərdə qeyd olunan qurumlarla birgə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir”.

Elşən Məcidov, həmçinin qeyd edib ki, yanvarın 1-dən mayın 14-nə qədər keçirilən reydlərdə qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokol tərtib olunub. Üç fakt üzrə cinayət məsuliyyəti yarandığından bu materiallar aidiyyatı üzrə baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Tədbirlər çərçivəsində aşkar olunmuş balıq ovu avadanlıqları sudan çıxarılıb.

Direktor müavini onu da bildirib ki, mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və “Bakı balıqçılar və su altı ovçular klubu” İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kürün sahilində - çayın Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

“Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı bu kimi tədbirlər mütəmadi olaraq keçirilir. Bir daha balıqçılara bildiririk ki, qanunsuz balıq ovundan çəkinsinlər, qadağa müddətində balıq ovu ilə məşğul olmasınlar. Əks halda bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə Elşən Məcidov əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Bütün Xəbərlər