“Liverpul”un yeni seçimi bəlli oldu - İraola!
İspaniyalı mütəxəssis Andoni İraola “Liverpul” klubu ilə müqavilə imzalayıb və komandanın yeni baş məşqçisi təyin olunub.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına əsasən, tərəflər arasında razılaşma tam təsdiqlənib və rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Daha əvvəl bildirilirdi ki, İraola “Liverpul”la iki illik müqavilə imzalayacaq. Klub mayın 30-da baş məşqçi Arne Slot ilə yollarını ayırdığını açıqlamışdı.
Qeyd edək ki, 43 yaşlı mütəxəssisin son iş yeri “Bornmut” klubu olub. O, cari mövsümün sonunda klubdan ayrılıb. “Bornmut” İraolanın rəhbərliyi altında İngiltərə Premyer Liqasında 57 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.
İspan mütəxəssis 2023-cü ilin yayından etibarən Bornmutu çalışdırırdı.
Namiq HUN