Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik

Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik
04.06.2026 09:56 Siyasət

Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlər fonunda itkilər Azərbaycan məhsulları ilə əvəz olunacaq.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr və davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Boris Titov jurnalistlərə açıqlamasında  bildirib.

“Ermənistanda itirdiyimiz şeyləri, əlbəttə ki, Azərbaycanla əvəz edəcəyik. Çünki kənd təsərrüfatı baxımından Azərbaycanın Ermənistandan daha çox şey edə biləcəyi və əslində daha çox təmin etdiyi tamamilə aydındır". 

O qeyd edib ki, Azərbaycan Rusiya bazarına Ermənistandan xeyli çox kənd təsərrüfatı məhsulu təklif edə bilir və bu, daha böyük potensiala malikdir.

Qeyd edək ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 2-3-dən etibarən Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının (tumlu bitkilər, badımcan, kartof, quru meyvələr və s.) idxalını məhdudlaşdırıb. Bu qərar fitosanitar yoxlamalardan sonra qəbul edilib.

Rusiya rəsmiləri bildiriblər ki, Ermənistan məhsullarının əvəzinə Azərbaycan, eləcə də daxili istehsal və digər ölkələrdən tədarük artırılacaq.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 Bütün Xəbərlər