“Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı

“Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı
04.06.2026 09:52 İdman

Joze Mourinyo rəhbərlik etdiyi “Benfika” klubuna bildirib ki, o, “Real Madrid” prezidenti Florentino Peres üçün seçki kampaniyası çərçivəsində heç bir video çəkməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.

Mourinyo videonun yayılmasından sonra “Benfika” rəhbərliyi ilə əlaqə saxlayaraq, “Real” forması ilə göründüyü görüntülərin ona aid olmadığını vurğulayıb. Təcrübəli mütəxəssis iddia edib ki, sözügedən video tamamilə süni intellekt vasitəsilə hazırlanıb.

Xatırladaq ki, iyunun 3-də Florentino Peres canlı yayım zamanı yenidən prezident seçiləcəyi təqdirdə klubun ilk transferlərinin Mourinyo və Ibrahima Konate olacağını açıqlamışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər