Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq!
Bu gün minifutbol üzrə Azərbaycan yığma komandası Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
TodayPress TV xəbər verir ki, millimiz həlledici matçda Ukrayna yığması ilə üz-üzə gələcək.
“Tipos Arena” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1.
Azərbaycan millisi Avropa çempionatının F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komandamız 1/8 finalda Qazaxıstana (3:2), 1/4 finalda isə Çexiyaya (5:2) qalib gəlib.
Namiq HUN