Bakıda məşhur ailənin oğlu faciəvi şəkildə öldü

Bakıda məşhur ailənin oğlu faciəvi şəkildə öldü
25.05.2026 14:52 Sosial

Tanınmış rejissor Eltən Qədimbəylinin (Törəçi) ailəsində ağır itki üz verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, paylaşım edib.

Belə ki, onun əmisi oğlu, 22 yaşlı Leysan Mikayıloğlu Qədimbəyli vəfat edib.

Rejissor Leysanın adi bir insan olmadığını, azad ruhu, sənətə və təbiətə bağlılığı ilə hər kəsin yaddaşında xüsusi yer tutduğunu bildirib.

Onun sözlərinə görə, Leysan rəssamlıq təhsili alıb, keramika sənətinə böyük maraq göstərib və öz emalatxanasını qurmağı arzulayıb. Təbiəti, dağ yürüşlərini, oxçuluğu və xüsusilə göyərçinləri sevən Leysan ailə məclislərinin ən sevilən simalarından biri olub.

"Bəzi insanlar gedəndə sadəcə özləri getmir… O evin səsi də azalır, istiliyi də…" - deyə Eltən Qədimbəyli paylaşımında qeyd edib.

Xatırladaq ki, 24 may tarixində paytaxtın Suraxanı rayonunda 22 yaşlı Leysan Qədimov səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, L.Qədimovun səhhətində anadangəlmə problem varmış. O, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 All News