GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur

GERİ SAYIM BAŞLADI : Ermənistanın  taleyi həll olunur
01.06.2026 13:43 Təhlil

İyunun 7-də Ermənistanda keçiriləcək  parlament seçkilərinə sayılı günlər qaldı.

Bu proses ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək ciddi  tarixi hadisədir.

Hazırkı mənzərə göstərir ki, Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçki yarışında əsas favoritdir. Son rəy sorğularına görə, hakim partiya rəqiblərini xeyli qabaqlayır. Müxalifət düşərgəsində isə parçalanma davam edir və hələlik heç bir siyasi qüvvə Paşinyana ciddi təhlükə yarada bilmir.

Sorğular nə deyir?

Müxtəlif sorğular fərqli nəticələr göstərsə də, ümumi mənzərə dəyişmir: Paşinyan seçki yarışına lider kimi daxil olur.


Müşahidəçilər hesab edirlər ki, qərarsız seçicilərin bir hissəsi son anda seçim etsə belə, hazırda hakim partiyanın üstünlüyü kifayət qədər böyük görünür.

Paşinyan kampaniyasını "Sülh naminə səs verin" şüarı üzərində qurub. O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını, yeni konstitusiya islahatlarını və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini əsas hədəf kimi təqdim edir.

Müxalifət isə hökuməti Qarabağ məsələsində güzəştlərə getməkdə ittiham edir. Onlar daha çox Rusiya ilə yaxın münasibətlərin qorunmasının vacibliyini vurğulayırlar.

Paşinyanın əsas vədləri nədir?

✓ Azərbaycanla sülh müqaviləsi

✓ Yeni Konstitusiya

✓ Avropa İttifaqı ilə inteqrasiya

✓ Qərbyönlü xarici siyasət

Bəs Moskva bu gedişatdan niyə narahatdır?

Son aylarda Ermənistan-Rusiya münasibətlərində gərginlik artıb. Ermənistanın Avropa istiqamətində atdığı addımlar Moskvanın yuxularını qarışdırır.

Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi Birliyinin bütün üstünlüklərindən yararlana bilməz. 

Aİİ-nin son iclasında dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə etdilər. İclasda iştirak edən dörd ölkənin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) liderləri Ermənistanla bağlı xüsusi bir bəyanat qəbul ediblər. Sənəd iclasda Ermənistanı təmsil edən baş nazirin müavini Mqer Qriqoryana təqdim olunub.  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dərhal sonra açıqlama verdi ki, Ermənistan Aİ-yə yalnız öz hesabına inteqrasiya edə bilər. Bütün bunlar Paşinyana təzyiq kimi qiymətləndirilir. 

Bundan başqa, sosial şəbəkələrdə anti-Paşinyan kampaniyalarının genişləndiyi, informasiya mübarizəsinin gücləndiyi müşahidə olunur. Mənbələr bunun Rusiya dairələrinin xüsusi işgüzarlığı kimi təqdim edirlər. 

Rusiyanın Ermənistana son xəbərdarlıqları: 

• Avropa ilə yaxınlaşma tənqid edilir

• AİB üzvlüyünün üstünlükləri xatırladılır

• İqtisadi təzyiq siqnalları verilir

• İnformasiya müharibəsi güclənir

Mövcud vəziyyət Paşinyanın seçkilərə ən güclü namizəd kimi getdiyini göstərir. Əgər hakim partiya qələbə qazanarsa, Ermənistanın Qərbə inteqrasiya kursu və Azərbaycanla sülh prosesi daha da sürətlənə bilər.

Bununla belə, seçkiyə qədər qalan günlərdə müxalifətin fəaliyyəti, qərarsız seçicilərin seçimi və xarici təsirlər nəticəyə müəyyən dərəcədə təsir göstərə bilər.

7 iyun seçkiləri Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək ən vacib siyasi hadisələrdən biri olacaq. 

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
01 JUNE 2026
Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 All News