Azərbaycanı dünyada biabır edənlər

Azərbaycanı dünyada biabır edənlər
01.06.2026 16:10 Cəmiyyət

Hacıqabul rayonunda baş verən hadisə bizi dünyaya "yaxşı" tanıdıb. Belə ki, Almaniyadan olan Karl və yaponiyalı sevgilisi Lisa ölkəmizə səyahət edərkən yaşlı bir kişinin qeyri-etik davranışı ilə üzləşiblər.

Turistlərin paylaşdığı videoda görünür ki, 66 yaşlı Hacıqabul sakini avtomobili ilə onları saxlayaraq söhbət etməyə çalışıb. Daha sonra isə qadına yaxınlaşaraq onun şəxsi sərhədlərini pozan hərəkətə yol verib. Baş verən xoşagəlməz hadisə imicimizə kölgə salan məsələlərdən biri kimi gündəmə gəlib. 

Nəzərə alsaq ki, Karl və Lisanın izləyici auditoriyası dünyanın müxtəlif ölkələrindən olan insanlardır, belə görüntülər Azərbaycan haqqında mənfi təsəvvür formalaşdıra bilər. Şübhəsiz ki, bir nəfərin məsuliyyətsiz davranışı bütöv bir xalqı xarakterizə etmir. Lakin qadına qarşı bu cür hörmətsizlik utancvericidir.

Cütlüyün sosial media hesablarına nəzər saldıqda isə tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Onlar bir neçə gün əvvəl müxtəlif azərbaycanlı ailələrin qonağı olduqlarını, insanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyətindən böyük məmnunluq duyduqlarını bildiriblər. Məhz buna görə də səfərlərinin son günlərində yaşanan bu hadisə onlarda məyusluq yaradıb. Bu fakt bir daha göstərir ki, ayrı-ayrı şəxslərin davranışı ölkə haqqında formalaşan ümumi təəssürata ciddi təsir göstərə bilir.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti baş verənləri “utancverici” adlandıraraq, belə halların Azərbaycanın turizm ölkəsi kimi nüfuzuna zərər vurduğunu qeyd edib. Bəzi şərhlərdə turistlərin də ehtiyatlı davranmalı olduğu vurğulansa da, ümumi fikir qadına qarşı hörmətsizliyin qəbuledilməz olması ətrafında formalaşıb. Xüsusilə qadın istifadəçilər arasında “Bu, təkcə turistlərin qarşılaşdığı problem deyil, gündəlik həyatda da rast gəldiyimiz hallardandır” fikirləri səsləndirilib.

Lisa da yaşadığı xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Azərbaycan səfəri ona çoxlu xoş xatirələr bəxş etsə də, həmin hadisə bu təəssüratlara kölgə salıb. O qeyd edib ki, hadisədən sonra özünü daha narahat hiss etməyə başlayıb.

Turistin sözlərinə görə, artıq tanımadığı insanların onunla şəkil çəkdirmək istəyi, kişilərin əl sıxmaq təşəbbüsü və ya kiminsə həddindən artıq yaxın məsafədə dayanması belə onda narahatlıq yaradır.

Sözsüz ki, ölkədə və ölkə xaricində belə hadisələr həmişə yaşanır. Bu gün azərbaycanlı turistlər, xaricdə təhsil alan tələbələrimiz və ya xaricdə yaşayan həmvətənlərimiz də dünyanın müxtəlif şəhərlərində fərqli dərəcəli qeyri-etik davranışlarla üzləşirlər. İnsan amili olan hər yerdə belə mənfi istisnalar qaçılmazdır.

Xatırladaq ki, 2014-cü ildə Sabirabad şəhərində texnologiya müəllimi işləyən  Əhliman Hüseynov çaya yıxılan 3-cü sinif şagirdi Güldəstə Hüseynovanı xilas etmək üçün tərəddüd etmədən suya atılıb, uşağı sağ-salamat sahilə çıxarıb. Lakin özü boğularaq həyatını itirib. Bu nümunə Azərbaycanda olsa da, dünyada da canlarını heçə sayan nümayəndələrimiz var.

Ancaq biz ölkəmizdə belə hallara yol verməməli, pisləməliyik. Xoşdur ki, elə belə də oldu. Karl və Lisanın başına gələnlərdə Azərbaycan cəmiyyəti bu davranışı ört-basdır etmədi, əksinə, kəskin şəkildə pisləyərək turistlərin tərəfində durdu.

Qeyd edək ki, hadisədən dərhal sonra Karl və Lisa hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis əməkdaşları mayın 27-də hadisə yerində araşdırma aparıb və təqsirli bilinən şəxs barəsində inzibati protokol tərtib olunub.

Türkan İsgəndərli

NEWS FEED
02 JUNE 2026
Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 All News