Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu!
“Formula-1” üzrə “Mercedes” komandasının mühəndisləri Kanada Qran-prisində Lyuis Hemiltonun uğurlu çıxışının əsas səbəbini müəyyənləşdiriblər.
TodayPress TV xəbər verir ki, “Auto Motor und Sport” nəşrinin məlumatına görə, britaniyalı pilotun üstünlüyü təkərləri ideal temperatur diapazonuna daha effektiv şəkildə çatdırmaq bacarığı ilə əlaqədar olub.
Bildirilir ki, “Mercedes” mühəndisləri bolidin təkər disklərini əyləclərdən yaranan istilikdən istifadə edərək qızdırılmasına kömək edəcək formada hazırlayıblar. Kanada yarışında hava temperaturunun təxminən 11 dərəcə olması bu amilin əhəmiyyətini daha da artırıb.
Qeyd edək ki, “Ferrari”nın pilotu Hemilton yarışın 62-ci dövrəsində Maks Ferstappeni məhz “medium” təkərlərlə geridə qoyub və yarışı ikinci pillədə başa vurub.
Britaniyalı sürücünün komanda yoldaşı Şarl Lekler isə finişdə ondan 30 saniyədən çox geri qalıb.
Namiq HUN