Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi!
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti “Lill” klubunun baş məşqçisi təyin edilib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı italiyalı mütəxəssis Fransa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
Davide Ançelotti klubun rəsmi saytına açıqlamasında yeni vəzifəsindən qürur duyduğunu bildirib:
“Bu etimada görə klub prezidenti Olivye Letanqa təşəkkür edirəm. Aramızda çox məhsuldar söhbətlər oldu və ortaq ideyalarımızın, dəyərlərimizin olduğunu hiss etdim. “Lill” layihəsi mənə tam uyğundur. Klubun aydın kimliyi, yüksək standartları və güclü iş etikası var. Bu, iddialı və rəqabətədavamlı bir komandadır. Bu gün “Lill”i təmsil etmək mənim üçün böyük şərəfdir”.
Qeyd edək ki, “Lill” 2025/2026 mövsümündə Fransa Liqa 1-də üçüncü yeri tutaraq UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb.
Namiq HUN