Alimlər: Ürək riski qadınlarda sümük sınığı ilə bağlıdır

Alimlər: Ürək riski qadınlarda sümük sınığı ilə bağlıdır
31.03.2026 19:30 Sağlamlıq

Alimlər ürək-damar xəstəlikləri riski yüksək olan qadınlarda bud sümüyü sınıqlarının daha tez-tez baş verdiyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Tulane Universitetinin Tibb Məktəbinin araşdırması “The Lancet Regional Health – Americas” jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər “PREVENT” adlı risk qiymətləndirmə alətindən istifadə edərək 21 mindən çox qadının məlumatlarını analiz ediblər.

Nəticələr göstərib ki:

— yüksək ürək riski olan qadınlarda bud sümüyü sınığı ehtimalı 93% daha yüksəkdir

— orta risk qrupunda isə bu göstərici 33% çoxdur

Bundan əlavə, yüksək riskli qadınlarda sınıqlar daha erkən yaşda baş verir.

Alimlər bu əlaqəni bir neçə faktorla izah edir:

— xroniki iltihab

— kalsium mübadiləsinin pozulması

— ateroskleroz səbəbindən sümük toxumasına qan axınının azalması

— menopauzadan sonra estrogen səviyyəsinin düşməsi

Tədqiqat müəllifləri qeyd edir ki, ürək və sümük sağlamlığını qorumaq üçün eyni profilaktik tədbirlər effektivdir:

— fiziki aktivlik

— balanslı qidalanma

— kalsium və "D" vitamini qəbulu

— siqaretdən imtina

Onların fikrincə, bu amillər həm ürək-damar xəstəliklərinin, həm də sümük sınıqlarının riskini azalda bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
05 IYUN 2026
Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 Bütün Xəbərlər