BMT rəsmisi: Başçısı qadın olan ailələrin sayı artır

BMT rəsmisi: Başçısı qadın olan ailələrin sayı artır
22.05.2026 11:31

“Qadınlar və qızlar üçün transformativ mənzil siyasəti görünən və dəqiq məlumatlar olmadan mümkün deyil”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İnnovativ təcrübələr” adlı paneldə BMT-nin Barbados üzrə rezident əlaqələndiricisi Saymon Springett deyib.

O bildirib ki, qadınlar üçün mənzil siyasətinin hazırlanmasında əsas problemlərdən biri məlumat çatışmazlığıdır.

Saymon Springett vurğulayıb ki, region ölkələrində mənzil siyasəti əsasən ev təsərrüfatları üzrə statistikaya söykənir və bu yanaşma resursların kimə məxsus olduğunu, ödənişsiz qayğı yükünü kimin daşıdığını, gender əsaslı zorakılıq, əlillik, miqrasiya statusu və ya qeyri-rəsmi məşğulluqla bağlı riskləri tam əks etdirmir.

O qeyd edib ki, Karib regionunda gender üzrə ayrılmış məlumatlar, xüsusilə də mənzil və iqtisadi aktivlərlə bağlı statistika çox məhduddur:

“Bildiyimiz odur ki, başçısı qadın olan ailələrin sayı artır və mənzil çatışmazlığından, eləcə də daha aşağı keyfiyyətli yaşayış şəraitindən ən çox qadınlar təsirlənir. İpoteka və kredit imkanlarına çıxışda da gender fərqi qalmaqdadır. BMT hökumətlərə və tərəfdaşlara üç əsas istiqamətdə dəstək verə bilər. İlk istiqamət genderə həssas statistika sistemlərinin gücləndirilməsidir. Ənənəvi siyahıyaalma məlumatları ilə kifayətlənmək olmaz. Mənzil hüququ, torpaq və aktivlərə sahiblik, ödənişsiz qayğı işi, təhlükəsizlik, xidmətlərə çıxış və iqlim riskləri üzrə daha detallı məlumatlar toplanmalıdır”.

O qeyd edib ki, Barbados və Montserratda əhaliyə dair real vaxt rejimində ayrılmış məlumatların toplanması və təhlili üzrə milli potensialın gücləndirilməsinə dəstək göstərilir:

“Bu yalnız məlumat toplamaq deyil, həmin məlumatlardan sübuta əsaslanan və vaxtında qərarlar qəbul etmək üçün istifadə etməkdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyevdə partlayış oldu- ölən və yaralananlar var 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - Azərbaycan elə bir addım atdı ki... 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Bütün Xəbərlər