“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu
09.10.2025 14:27 Mədəniyyət

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif illərinə aid 60-dan çox əsər nümayiş olunur.

Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son dönəmlərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.    

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamları Salhab Məmmədov, Fuad Salayev, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Validə Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasının müdiri Faiq Dadaşov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən, pedaqoji fəaliyyətindən, unudulmaz xatirələrdən danışıblar. Sonda çıxış edən Əməkdar rəssam, professor Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə sənətə verilən yüksək dəyərə görə öz təşəkkürünü bildirib.

Daha sonra  tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, zəngin yaradıcılıq yolu keçmiş Arif Ələsgərov sənaye və qrafik dizayner, rəssam-qrafik və rəngkarlıq ustası kimi tanınır. Leninqradda V.İ. Muxina adına Ali Bədii-Sənaye Məktəbini (indiki A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası) bitirdikdən sonra, 1970-ci illərdən başlayaraq Arif Ələsgərov həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda keçirilən sərgilərin daimi iştirakçısı olub. Bu gün onun əsərləri Azərbaycan və Rusiyanın muzeylərində, eləcə də  Polşa, Macarıstan, Yaponiya, Fransa, ABŞ, Böyük Britaniya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir – burada zaman sanki başqa cür axır, hər şey öz axarında, səssiz və dərin bir harmoniya içində davam edir.

Yağlı boya, ofort, monotipiya və litoqrafiya texnikalarında işlənmiş “Güclülər”, “İp üzərində gəzənlər”, “Dulusçu”, “Ovçu”, “Güləş”, “Usta və şagirdlər” kimi əsərlər ziyarətçiləri rəssamın bədii təxəyyülü ilə tanış edəcək. Bununla yanaşı, doğma Abşeronun təbiəti, uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğu Türkiyədə yaratdığı Kappadokiya, Trabzon kimi bölgələrdən ilhamlanmış mənzərələr də ekspozisiyanın mühüm hissəsini təşkil edir.

Sevgi mövzusu Arif Ələsgərovun palitrasında xüsusi yer tutur. “Görüş”, “Yeni evlənənlər”, “Aşiq samovarlar” kimi əsərlər bu mövzunu həm məcazi, həm də real çalarlarda təqdim edir. Həmmüəllifi olduğu “Fəhlə əlləri” və “Səadət” adlı monumental rəngkarlıq sahəsində yaradılmış mozaik pannoların fotoları isə tamaşaçıya rəssamın fərqli yaradıcılıq imkanlarını göstərir.

Ekspozisiyada yer alan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid qurama və samovarlar rəssamın xalqın milli ruhunu ifadə edən əsərləri ilə xüsusi ahəng yaradır. 

Arif Ələsgərovun məşhur tabloları sırasında olan “Pəhləvan” əsərinin həm ənənəvi, həm də vizuallaşdırılmış təqdimatda-animasiya formasında nümayişi sərginin digər maraqlı hissələrindəndir.

Qeyd edək ki, “Köhnə bakılı: həsrət və duyğular” sərgisi 26 oktyabr 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

TodayPress TV

FOTOLAR

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 1
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 2
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 3
“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı baş tutdu — 4
XƏBƏR LENTİ
05 IYUN 2026
Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Bütün Xəbərlər