“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı
12.09.2025 10:33 Mədəniyyət

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərginin açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, sərgidə yer alan unikal xalçalar indiyədək “Şanqri La” İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi (Havay), San Luis Obispo İncəsənət Muzeyi (Kaliforniya), Pensilvaniya İncəsənət və Dizayn Kolleci, Tuleyn Universitetinin Nyukomb İncəsənət Muzeyi (Nyu Orlean), Maraya İncəsənət Mərkəzi (Şarjah), Arnem Muzeyi (Niderland) və İsveç Tekstil Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə nümayiş etdirilsə də, onların əksəriyyəti ölkəmizdə ilk dəfə tamaşaçılara təqdim olunur.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığı, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyəti və sərginin əhəmiyyətindən danışıblar.

Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirir. O, milli irsi qorumaqla, onu qlobal incəsənət dilində ifadə edir və beynəlxalq miqyasda rezonans doğuran gücə çevirir.

Sərgidə müəllifin tekstil sənətinə yanaşmasının zaman və mədəniyyət kontekstində dəyişməsini əks etdirən “Sosial anatomiya” (2016) və “Sən müqəddəssən” (2024) adlı videoçarxlar da nümayiş olunur. 

Qeyd edək ki, rəssamın əsərləri indiyədək Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi (Tasmaniya) və dünyanın digər şəhərlərindəki nüfuzlu sənət mərkəzlərində sərgilənib. Eyni zamanda, müəllifin əsərləri Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər tanınmış mədəniyyət müəssisələrinin daimi kolleksiyalarına daxildir. 

2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri ilə dünyanın müxtəlif ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. 

Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

TodayPress TV

FOTOLAR

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı — 1
“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı — 2
XƏBƏR LENTİ
03 IYUN 2026
Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Bütün Xəbərlər