Bəsdir ədəbiyyatımıza etdiyin xəyanət! - Rəsul İsmailian yazır...

Bəsdir ədəbiyyatımıza etdiyin xəyanət! - Rəsul İsmailian yazır...
20.11.2025 13:21 Mədəniyyət

Sayman Aruz Kulis.az saytına verdiyi açıqlamada bildirib ki, “İran vətəndaşı olan şəxslər Azərbaycanda gedən ədəbi-ictimai proseslərə müdaxilə etmə haqqına malik deyil". 

Bu cümlə yalnız bir şəxsin müdafiəsi deyil, bu, ədəbiyyatın özünə çəkilən səddir. Nə qədər qəribə olsa da, bu adam ədəbiyyatı dövlət sərhədinə bağlamağa çalışır, halbuki poeziya sərhədləri sındırmaq üçün yaranıb.

Sözügedən şəxs xəritələr üzərində bölünən xalqı ədəbiyyatla bölmək istəyir. Sayman bəy, siz sözə xəritə çəkirsiniz.

“Qarışa bilməzsiniz” dediyin həmin Güneyli şair Azərbaycan ədəbiyyatının köküdür. Elə sən bu kökün gücündən bəhrələnərək danışırsan, sonra həmin kökü çıxarıb torpaqdan kənara atırsan. Vətəni coğrafiya fərz edib, kökü unudursan.

Şəhriyarın “Heydərbabaya salam”ı həmin “qarışa bilməz” dediyin şairlərin nəfəsidir. Bu nəfəs olmasaydı, ədəbiyyatımızdan çox şeylər əskik olardı. O nəfəsin içində həm sənin adını daşıyan dil, həm də sənin iddia etdiyin məsuliyyətin bütün mənası var. İndi sən o nəfəsi “icazəsiz hava” kimi qələmə verirsən.

Bir şeyi dərk etmirsən: həqiqətin ayağı topaldır, geciksə də sonda aşkara çıxır. Bəsdir bu qədər ədəbiyyatımıza etdiyin xəyanət!

Əgər cənublu şair danışırsa, bu müdaxilə deyil; onu susdurmaq istəsən belə, o səs daha dərinə gedəcək, çünki poeziyada susduğun hər şey bir gün sənin içində danışmağa başlayar.

Ədəbiyyata icazə rejimi tətbiq edən hər kəs unudur ki, poeziya itaət üçün yox, gerçəkliyi aydınlaşdırmaq vasitəsidir. Söz nə vaxt yasaqla qarşılaşırsa, o yasağın altından yeni bir səs doğulur. Sən həmin yeni səsi “xarici təsir” adlandırırsan. Halbuki poeziyanın içində “xarici” olan tək şey qorxudur. Və sən qorxunu siyasət kimi təqdim edirsən. Şər və böhtan atmaqla söylədiyin yalanların arxasında gizlənirsən.

Ədəbi mühitə sərhəd çəkməklə məşğul olan birisən. Güclü olan ədəbiyyatın qarşısına divar hörməz. Gücsüz olan isə eşitdiyini təhlükə kimi dəyərləndirər.

Cənublu şairlərin səsi sənin üçün “haqsız müdaxilə”dirsə, deməli, sən poeziyanı xalqla ölçmürsən. 

Ancaq bu xalq üçün poeziya hər zaman bütövlüyün, azadlığın və vicdanın səsi olub.

Bir şeyi unutdun: sözün kimdən gəldiyi vacib deyil, sözün gəldiyi yer — həqiqətdir.

Həqiqəti isə nə pasportla məhdudlaşdırmaq olar, nə də bəyanatla. Həqiqətin səsini boğmaq istəyən yalnız öz səsini itirər. Cənublu şairin fikirləri sənin üçün “haqsız müdaxilə” ola bilər, amma ədəbiyyat üçün minillik yaddaşın dilidir. O dil susmaz, çünki sənin təhlükə sandığın şey cənublu yazarların varlığıdır.

Əgər bu gün Cənub danışırsa, cənubun tanınmış ədəbi simaları danışırsa, sənə düşən iş onu dinləməkdir. 

Əgər sən tənqidə dözə bilmirsənsə, bu şəxsi problemindir. Ancaq tənqid edənləri “anti-Azərbaycan dairələri” adlandırmaq artıq zəiflik deyil, məsuliyyətsizlikdir. Ədəbi prosesə kimin qarışa biləcəyini və ya qarışa bilməyəcəyini siz müəyyən edirsiniz?

Ədəbiyyat heç vaxt bir şəxsin səlahiyyəti ilə yaşamayıb. Ədəbiyyatda “icazə” deyil, “yazmaq cəsarəti” var. Əgər bir şair danışırsa, onun səsini kəsmək sənin işin deyil, çünki o səs səni yox, poeziyanın vicdanını təmsil edir.

Cənubi Azərbaycan ədəbiyyatı bu xalqın ruhunda əks olunan ən qədim güzgüdür. 

Bu yaddaşı “vətəndaşlıq” qutusu içində kilidləmək, poeziyanı dövlət sərhədinə tabe etmək söz azadlığına xəyanətdir.

İllərlə güney­də tanınmış bir dərnək içində, tanınmış ədəbi simalarla bərabər fəaliyyət göstərmişik. Ancaq Sayman Aruz kimi bir adamı ciddi bir ədəbiyyatçı kimi və ya bir şöbənin müdiri kimi qəbul edən görməmişik.

Sayman Aruzun hər kəlməsi vicdanın sərhədlərini daraltmaq məqsədi daşıyır. Bu dil, səssizliyin və qorxunun dili, bizim azad nəfəsimizə çəkilən qadağadır.

Güneyli şair Rəsul İsmailian...

 

FOTOLAR

Bəsdir ədəbiyyatımıza etdiyin xəyanət! - Rəsul İsmailian yazır... — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 Bütün Xəbərlər