Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib
15.11.2025 12:13 Mədəniyyət

Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Heydər Əliyev meydanında Ümummilli Liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıb.

TodayPress TV xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sonra nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək burada Ulu Öndərin büstünün önünə də gül dəstələri düzüb.

Mərkəzin fəaliyyəti, həyata keçirilən mədəniyyət layihələri, eləcə də Azərbaycan tarixini, milli mədəni və ədəbi irsini əks etdirən guşələr barədə ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən yaradıcı kollektivlərin işləri də təqdim olunub, “Qarabağ Zəfəri” rəqs qrupu, “Xarıbülbül” teatr qrupu, rəssamlıq və Azərbaycan dili kurslarından söhbət açılıb.

Mərkəzin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzləri mədəniyyətimizin təbliği, ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm missiya daşıyır. Daşkənddəki Mədəniyyət Mərkəzi də Azərbaycan-Özbəkistan dostluğuna, qardaşlığına öz töhfəsini verir.

TodayPress TV


PHOTOS

Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib — 1
Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib — 2
NEWS FEED
01 JUNE 2026
Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 All News