Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib
15.11.2025 12:13 Культура

Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Heydər Əliyev meydanında Ümummilli Liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıb.

TodayPress TV xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sonra nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək burada Ulu Öndərin büstünün önünə də gül dəstələri düzüb.

Mərkəzin fəaliyyəti, həyata keçirilən mədəniyyət layihələri, eləcə də Azərbaycan tarixini, milli mədəni və ədəbi irsini əks etdirən guşələr barədə ətraflı məlumat verilib. Mərkəzdə fəaliyyət göstərən yaradıcı kollektivlərin işləri də təqdim olunub, “Qarabağ Zəfəri” rəqs qrupu, “Xarıbülbül” teatr qrupu, rəssamlıq və Azərbaycan dili kurslarından söhbət açılıb.

Mərkəzin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzləri mədəniyyətimizin təbliği, ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm missiya daşıyır. Daşkənddəki Mədəniyyət Mərkəzi də Azərbaycan-Özbəkistan dostluğuna, qardaşlığına öz töhfəsini verir.

TodayPress TV


ФОТО

Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib — 1
Azərbaycan nümayəndə heyəti Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib — 2
ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости