DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi
Kanadada DÇ-2026 ərəfəsində 2,5 milyon dollarlıq saxta futbol məhsulu müsadirə edilib
Kanadanın Toronto şəhərində hüquq-mühafizə orqanları 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində genişmiqyaslı əməliyyat keçirərək saxta futbol məhsullarını müsadirə edib.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, ümumi dəyəri 2,5 milyon dollar qiymətləndirilən kontrafakt məhsullar arasında FIFA loqolu 16 mindən çox forma və bayraq, həmçinin iki saxta dünya çempionluğu kuboku olub.
Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və onlara rəsmi ittiham irəli sürülüb.
Qeyd edək ki, Toronto şəhəri DÇ-2026 çərçivəsində altı oyuna ev sahibliyi edəcək. Bu matçlar arasında iyunun 12-də keçiriləcək Kanada - Bosniya və Herseqovina qarşılaşması da yer alır.
Namiq HUN