Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı

Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı
05.06.2026 00:33 İdman

Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, ilk olaraq yarışda üçüncü yeri tutan Serbiya və Macarıstan komandalarına bürünc medallar verilib.

Ardınca gümüş mükafatın sahibi Ukrayna seçməsi fəxri kürsüyə çıxıb.

Son olaraq Azərbaycan millisinin oyunçularına qızıl medallar və kubok təqdim edilib.

Tədbirdə Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynanı iki cavabsız qolla üstələyərək Avropa çempionu olub.

TodayPress TV 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər