“Bu məsələ Prezident tərəfindən açıqlanırsa, deməli...” – Millət vəkili

“Bu məsələ Prezident tərəfindən açıqlanırsa, deməli...” – Millət vəkili
13.01.2026 16:07 Gündəm

Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bir sıra önəmli məsələlərə toxunub.


Həmçinin ölkə başçısı leysan zamanı paytaxtda yaranan problemlərə diqqət çəkib:

“Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil".

O əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.

Maraqlıdır, 30 yeni kollektor şəbəkəsinin Bakıya necə faydası olacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Prezidentin narahatlığı əsaslıdır, çünki həqiqətən də, bir sıra yolların çəkilişində ciddi problemlər mövcuddur:


“Məsələn, Zabratda yağış yağan kimi yolları dərhal su basır və suyun axması üçün şərait yaradılmadığına görə bu cür problemlər ortaya çıxır. Oxşar vəziyyət bir sıra digər rayon və bölgələrdə də müşahidə olunur. Sözügedən kollektorlar, yəqin ki, bu suların ya yenidən emal edilərək hansısa formada faydalı istiqamətə yönləndirilməsinə, ya da ümumilikdə küçələrin su basmasının qarşısının alınmasına xidmət edə bilər”.

Parlamentarinin sözlərinə görə, bu məsələ Prezident tərəfindən açıqlanırsa, deməli, həmin sahədə ciddi və önləyici addımların atılması planlaşdırılır:

“Bu, müsbət haldır. Çünki nəticə etibarilə məqsəd Bakını hətta az miqdarda yağışın yarada biləcəyi fəsadlardan qorumaq və bu istiqamətdə görülən tədbirlərlə vətəndaşların gündəlik həyatını yüngülləşdirməkdir”.

Memar Elçin Əliyev isə bildirib ki, həmin yollar çəkilərkən bu məsələlər diqqətə alınmayıb:


“Cənab Prezident haqlı olaraq bildirir ki, Bakıda yağış yağan kimi küçələrin su altında qaldığını görürük və bu vəziyyəti şəhər sakinləri hər dəfə yaşayır. Təəssüf ki, bu, reallıqdır. Şəhərin mərkəzində bərpa işləri aparılarkən, yollar təmir edilərkən və yeni yol ayrıcıları tikilərkən bu məsələ lazımi səviyyədə nəzərə alınmayıb. Keçmiş Bakı şəhəri rəhbərliyi dövründə, təxminən 10–15 il əvvəl yeni yollar salınarkən, korrupsiya nəticəsində yağış kanalizasiyası sistemləri layihələrdə nəzərdə tutulsa da, praktikada icra olunmayıb. Təsəvvür edin ki, müasir standartlara uyğun yeni yollar çəkilir, lakin yağış kanalizasiyası təmin edilmir. Bu, yol verilən ciddi bir pozuntudur. Təəssüf ki, bu yanaşma bütövlükdə korrupsiyanın nəticəsi idi. Hesab edirəm ki, bu məsələlər mütləq gündəmə gətirilməli və məsul şəxslər müəyyənləşdirilməlidir”.

E.Əliyev nəticədə bu gün şəhərin mərkəzində yüksək səviyyədə salınmış yolları yenidən qazaraq yağış kanalizasiyası çəkmək məcburiyyətində qaldıqlarını bildirib:

“Bu, milyonlarla manat əlavə xərc deməkdir. Buna baxmayaraq, Prezident İlham Əliyevin mövqeyini dəstəkləyirəm və hesab edirəm ki, bu problem mütləq həll olunmalıdır. Bakı bu gün müasir memarlığı və infrastruktur layihələri ilə dünyanın qabaqcıl şəhərlərindən biridir. Lakin yağış yağan kimi şəhərdə yaşanan bu vəziyyət hər kəs üçün ciddi çətinlik yaradır və yolverilməzdir. Bu səbəbdən məsələ ciddi şəkildə həll edilməlidir. Bununla belə, etiraf etmək lazımdır ki, belə bir infrastruktur probleminin aradan qaldırılması qısa müddətdə mümkün deyil. Yağış kanalizasiyası sisteminin qurulması bir-iki ilin işi deyil; bu, uzunmüddətli və mərhələli yanaşma tələb edir”.

Memar sonda əlavə edib ki, əslində, bu işlər hələ 1990-cı illərin sonu – 2000-ci illərin əvvəlində həyata keçirilməli idi. Təəssüf ki, həmin dövrdə şəhər rəhbərliyi bu məsələyə lazımi diqqət ayırmayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün Xəbərlər