"Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarına reaksiya verib.
TodayPress TV xəbər verir ki, lider bildirib:
"Təəssüf ki, Rusiya tərəfi yenidən müharibəni seçir. Bugünkü cavabı hamı eşitdi, zəif bir cavabdır. O, sadəcə müharibəni bitirmək istəmir. Hesab edirəm ki, bu cavab dünyada çoxlarını məyus etdi".
Xatırladaq ki, iyunun 4-də Zelenski Rusiya liderinə şəxsi görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb.
Putin isə məktuba ötəri baxdığını və Ukrayna lideri ilə görüşün mənasının olmadığını vurğulayıb.
Aysel Mətləb