"İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı
Belarus müharibə istəmir, minsk yalnız sülhsevər niyyətlərə malikdir.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko Qrodno şəhərində vilayət klinik xəstəxanasının açılış mərasimində danışıb.
"Mən istəyirəm ki, inşaatçılar əllərində pulemyot və ya avtomat deyil, tikinti alətləri tutsunlar, tiksinlər. Ona görə də kiminsə "biz hansısa müharibəni istəyirik" deməyinə inanmayın", - deyə o bildirib.
"BelTA" agentliyinin məlumatına görə, dövlət başçısı respublikanın qonşu ölkələrə də kömək etməyə hazır olduğunu qeyd edib.
Aysel Mətləb